Takı Ustaları -- Enı Oken

Gözəl bəzək əşyaları yaradan ustalardan biri də Eni Okendir.Məftil və muncuqların qarışığından yaratdığı bu əşyalarda Eni qiymətli daşlardan, gümüş və qızıl məftillərdən istifadə edib.Bu artıq muncuqduzmə sənətinə yox, zərgərliyə daha çox uyğun gəlir.

eni1

Mənşəcə Braziliyadan olan Eni son 20 ildə bir çox əl sənətlərində uğur qazanmış, hazırda isə Los Anjels şəhərində yaşayır.

Saytında onun müxtəlif illərdə yaratdığı qolbaqlara, boyunbaçı və üzüklərə baxa bilərsiniz.

Eni2

Həm də öyrənmək istəyənlər üçün dərslər (tutorial) də var. Onların bəzilərinə baxmaq olar, bəzilərini isə saytdan ödəniş etdikdən sonra elektron formada almaq olar.

İşlərə gəldikdə isə, məsələn elə bu sonuncu boyunbağının qiyməri saytda 1800 $ qoyulmuşdur. Çox gözəl və qoymətli bir işdir.

eni3

Sentyabrın ortalarında Eni saytına olan marağa görə yeni bir sayt yaratmış,  sayti Zərgərlik dərsləri adlandırmışdır. Enisevərlər qeydiyyatdan keçib, öz əsərlərini başqalarına təqdim edə bilərlər.

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !